RUSİYA

Putin və Paşinyan arasında növbəti telefon danışığı olub

Ermənistanın baş naziri Rusiyaya Qarabağdakı vəziyyətin nizamlanmasında fəal vasitəçilik səylərinə görə təşəkkür edib
Sputnik
BAKI, 21 noyabr - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Ermənistanın baş naziri Rusiyaya Qarabağdakı vəziyyətin nizamlanmasında fəal vasitəçilik səylərinə görə təşəkkür edib.
Sputnik Azərbaycam verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib", - məlumatda deyilir.
Qeyd edək ki, bu, tərəflər arasında həftə ərzində baş tutan sayca ikinci telefon danışığıdır.