RUSİYA

Putin "buster" dozanı qəbul etdi

Rusiya lideri həmçinin SARS-CoV-2-yə qarşı burun peyvəndinin istifadəsi üzrə eksperimentdə iştirak etmək üçün könüllü olub.
Sputnik
BAKI, 21 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı təkrar peyvənd olunub.
RİA Novostinin məlumatına görə, bu barədə o, Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktor müavini Denis Loqunovla görüşündə bildirib.
Qeyd edilir ki, dövlət başçısı prosedurdan sonra özünü yaxşı hiss edir.
"Bu gün mən sizin, həmkarlarınızın tövsiyəsi ilə “Sputnik layt”la daha bir dəfə peyvənd edildim. Artıq bu, revaksinasiya adlanır", - deyə Putin bildirib.
"Ağrının olub-olmadığına gəlincə, bunu iki saat əvvəl mənə etdilər. Amma heç nə hiss etmirəm, səhhətim normaldır, hər şey yaxşıdır", - Putin deyib.
Rusiya lideri həmçinin SARS-CoV-2-yə qarşı burun peyvəndinin istifadəsi üzrə eksperimentdə iştirak etmək üçün könüllü olub.
Həmçinin oxuyun:
Sputnik Light təhlükəsizdirmi? - "The Lancet"in ekspertlərinin araşdırması