BAKI, 21 noyabr - Sputnik. NATO Moskva ilə Qərb arasında münasibətlərdə mövcud gərgin vəziyyətdən çıxış yolu tapmaq üçün Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli fəaliyyətləri və hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsini dayandırmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində bildirib.
Peskov deyib ki, çıxış yolu var: “ABŞ və onun müttəfiqləri sərhədlərimiz yaxınlığında hərbi güc cəmləməyi dayandırmalıdır".
Xatırladaq ki, hələ noyabrın birinci ongünlüyündə Rusiyanın Müdafiə Nazirliyi ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dənizdə hərbi fəallığını artdığını bəyan edib.
Bir qədər bundan əvvəl isə ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanması bildirmişdi ki, "Mount Whitney" flaqman gəmisi Şimalı Atlantika Alyansının qüvvələri ilə birgə əməliyyat keçirmək üçün Qara dənizə gedib.
Gəminin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanma qərargahının, Dəniz Zərbə Qüvvələrinin və NATO dəstək komandanlığının (Naval Striking and Support Forces – STRIKFORNATO) əməkdaşları olub.
"Rusiya Müdafiə Nazirliyi Qara dəniz regionunda ABŞ və onun NATO üzrə müttəfiqlərinin hərbi aktivliyinin artdığını qeydə alıb", – deyə qurumun məlumatında bildirilib.
O da qeyd olunur ki, ilk növbədə hərbi dəniz qüvvələri, hava və dəniz vasitələri, eləcə də, strateji aviasiyanın intensivliyi artıb.
Sutka ərzində RF zenit raket qoşunları Qara dənizdə NATO-nun dörd kəşfiyyat təyyarəsini müşahidə ediblər. U-2S, RS-135 kəşfiyyat və P-8A "Poseidon" patrul təyyarələri Qara dənizin şimal-qərb və mərkəzi hissələrində uçuşlar həyata keçiriblər.
Bundan başqa, saat 12-dən 15-ə qədər Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus RC-135 kəşfiyyat təyyarəsi Krım yarımadasının cənub-qərb hissəsində Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşmağa cəhd edib.
Onun hərəkətlərini izləmək məqsədilə Rusiya Aerokosmik Qüvvələrinin Su-30 qırıcısı havaya qaldırılıb. O RF sərhədindən 30 kilometr uzaqlıda Britaniya təyyarəsinə yaxınlaşıb və bundan sonra ingilis kəşfiyyat təyyarəsi kursunu dəyişərək Rusiya sərhədindən uzaqlaşıb.
Həmçinin oxuyun: