HADİSƏ

Göyçayda polis əməkdaşı rayon sakinini öldürüb

Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı Hüseyn Məmmədov xidməti avtomobili ilə velosipedlə hərəkətdə olan, rayonun Potu kənd sakini, 30 yaşlı Fərid Qurbanovu vurub.
Sputnik
BAKI, 21 noyabr - Sputnik. Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə şənbə günü, noyabrın 20-də, axşam saatlarında rayonun əsas küçələrinin birində baş verib.
İlkin məlumatlara görə, Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı Hüseyn Məmmədov xidməti avtomobili ilə velosipedlə hərəkətdə olan, rayonun Potu kənd sakini, 30 yaşlı Fərid Qurbanovu vurub.
Fərid Qurbanov hadisə yerində həlak olub.
Hadisənin dəqiq səbəbləri hüquq-mühafizə oraqnları əməkdaşlarının aparacağı araşdırmalardan sonra məlum olacaq.