QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ABŞ öz vətəndaşlarına Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddinə getməyi qadağan etdi

Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən uzaq olmağa çağırıb.
Sputnik
BAKI, 21 noyabr - Sputnik. ABŞ səfirliyi ölkəsinin vətəndaşlarını Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhədinə səfər etməməyə çağırıb.
Sputnik Ermənistan xəbər verir ki, səfirlik xəbərdarlığı öz saytı vasitəsilə açıqlayıb.
ABŞ-ın Ermənistandakı səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb:

“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var. Səfirlik əməkdaşları və ailə üzvlərinə çox ciddi ehtiyac olmadan bu magistrallarda hərəkət etmək qadağandır".

Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən də uzaq olmağa çağırıb.