RUSİYA

Rusiyalı milyarderdən xəbərdarlıq - müharibəyə hazırlaşın

Sputnik
BAKI, 20 noyabr - Sputnik. Rusiya gərək Qərbdən mümkün təcavüz haqda düşünməyi buraxıb nəzərlərini Asiyaya yönəltsin, çünki üç-dörd-il sonra oradakı silahlı münaqişələrin alovlanması daha real görünür.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, bu barədə özünün Telegram kanalında rusiyalı milyarder Oleq Deripaska yazıb.
"Real təhlükələri qiymətləndirəndən sonra demək olar ki, qərb istiqamətindən ciddi problem almaq riskimiz yoxdur", - o qeyd edib. Milyarder deyib ki, Asiyada və Sakit okeanda irimiqyaslı münaqişələrə isə Rusiya hazır deyil.
Deripaska deyir ki, bu təhlükə baxımından ölkənin gələcəyini düşünərək inkişaf prioritetlərini dəyişmək lazımdır. Burada söhbət əsasən Şərqi Sibir və Uzaq Şərq bölgəsinin inkişaf strategiyasından gedir.
Biznesmen hesab edir ki, gələcək problemlərə hazırlıq məqsədilə 5-6 milyon adamı köçürmək, regionların infrastukturunu iunkişaf etdirmək, hasil olunan xammalı emal edəcək müəssisələr yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır.