DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Fars körfəzində xarici ölkəyə məxsus gəmini saxlayıb

İranın cənubundakı Parsiyanın ərazi sularında saxlanılan gəminin hansı ölkəyə məxsus olması barədə isə məlumat verilməyib.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. İran İslam İnqilabı Keşikçilərinin dəniz qüvvələri Fars körfəzində yanacaq qaçaqmalçılığı ilə məşğul olan xarici gəmini saxlayıb.
Sputnik Azərbaycan İran mediasına istinadən xəbər verir ki, gəmiyə baxış keçirilən zaman içərisində 150 min litr qaçaq yanacaq daşıdığı məlum olub.
Saxlanılan gəminin 11 heyət üzvü müvafiq qurumlara təslim edilib.
İranın cənubundakı Parsiyanın ərazi sularında saxlanılan gəminin hansı ölkəyə məxsus olması barədə isə məlumat verilməyib.