MƏDƏNİYYƏT

Məşhur aktyor koronavirusdan vəfat edib

Vəziyyəti sürətlə pisləşən aktyor noyabrın 7-də süni tənəffüs aparatına qoşulub, ancaq həkimlərin səylərinə baxmayaraq, 67 yaşında xəstəxanada dünyasını dəyişib.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Rusiyanın məşhur aktyoru Valeri Qarkalin koronavirusdan vəfat edib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, məşhur aktyor oktyabrın əvvəlindən xəstəxanada müalicə alıb.
Bildirilib ki, vəziyyəti sürətlə pisləşən aktyor noyabrın 7-də süni tənəffüs aparatına qoşulub, ancaq həkimlərin səylərinə baxmayaraq, 67 yaşında xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, V.Qarkalin 1954-cü il aprelin 11-də Moskvada anadan olub. O, ümumilikdə 70-dən çox film və serialda çəkilib. 1995-ci ildə çəkildiyi "Şırli-Mırli" komediya filmində yaratdığı obrazla yadda qalıb. V.Qarkalin həmçinin "Baş müfəttiş", "Fırıldağın əhliləşdirilməsi", "Üç qəpiklik opera" və başqa tamaşalarda rollar ifa edib.