QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda ermənilərə məxsus fosforlu mərmilər aşkarlanıb

Eyni zamanda, ümumi çəkisi 3,3 tondan artıq 5574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. İşğaldan azad edilən ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Ağdam rayonunda aparılan tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 "Qrad" mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib.
Eyni zamanda ümumi çəkisi 3,3 tondan artıq 5574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.