BAKI, 19 noyabr — Sputnik. Ukraynanın "Bees Airline" loukoster (aşağı büdcəli) aviaşirkəti dekabrın 6-dan etibarən Azərbaycana müntəzəm reyslər həyata keçirməyə başlayacaq. Heydər Əliyev Beynəlxalq Hava Limanından Sputnik Azərbaycan-a bildirilib ki, "Bees Airline" Odessa-Gəncə-Odessa marşrutu ilə həftədə bir dəfə uçuşlar keçirəcək.
Məlumata əsasən, reys bazar ertəsi Odessadan yerli vaxtla saat 09:00-da yola düşəcək və Gəncəyə yerli vaxtla 13:20-də çatacaq. Əks istiqamətdə uçuş həmin gün Gəncədən yerli vaxtla 14:50-də yola düşəcək və Odessaya yerli vaxtla saat 15:00-da çatacaq.
Qeyd edək ki, bir müddət öncə Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" Səudiyyə Ərəbistanının iki şəhərinə - Ər-Riyad və Dammam şəhərlərinə xüsusi reyslər yerinə yetirəcəyi barədə məlumat yayıb. Paytaxt Ər-Riyad şəhərinə reyslər 27 noyabr tarixindən etibarən həftənin şənbə günləri, Dammam şəhərinə isə 26 noyabrdan etibarən həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.