RUSİYA

Rusiyanın Azərbaycandakı səfiri: ""3+3" formatını dəstəkləyirik"

Səfir deyib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılması təklifi ilə çıxış edib
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Azərbaycan və Rusiya ekspertləri səviyyəsində əməkdaşlığın yeni formatı yaranır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının "Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi" mövzusunda ilk iclasda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
Səfir qeyd edib ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclası olub, Rusiya Prezidenti Vladimir Putin iclasda çıxış edib: "Vladimir Putin çıxışında Rusiya sülhməramlılarının regionda sülhün təmin olunmasında xüsusi rolunu qeyd edib, kommunikasiyaların açılmasının əhəmiyyətindən danışıb. Rusiya münaqişənin uzunmüddətli həllinin tərəfdarıdır. Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılması təklifi ilə çıxış edib".
Diplomat Azərbaycan və Türkiyənin regionda "3+3" formatının yaradılması barədə təklifini yüksək qiymətləndirdiklərini vurğulayıb: "Ona görə də bütün bu istiqamətlərdə ekspertlərin müzakirə aparması vacibdir. Bu gün bu istiqamətdə yeni yaradılan formatı da yüksək qiymətləndiririk".