DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan törətdiyi təxribat zamanı neçə hərbçisinin öldüyünü etiraf etdi

Noyabrın 16-da sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən 6 erməni hərbçisinin məhv edildiyi açıqlandı.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçisinin öldüyünü etiraf edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilər aşağıdakılardır:
Baş leytenant Taron Saakyan
Müqavilə əsasında orduda xidmət edənlər:
Merjun Arutyunyan
Qurgen Sarkisyan
Artur Martirosyan
David Amiryan.
Zərərsizləşdirilən altıncı hərbçinin adı açıqlanmayıb. Onun kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, noyabrın 17-si Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bir hərbçi ölüb, 13 nəfər əsir düşüb. Bundan başqa, 24 hərbçinin taleyinin naməlum olduğu bildirilir.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-sı Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.