BAKI, 19 noyabr — Sputnik. Ermənistan gələcəkdə Azərbaycanın enerji layihələrində iştirak edə bilər. Sputnik Azərbaycan-ın Report-a istinadən məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Ermənistanın Azərbaycana məxsus enerji layihələrində iştirakı ehtimalına münasibət bildirərkən deyib.
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandığı halda qonşu ölkənin enerji layihələrimizdə iştirakını istisna etmək mümkün deyil", - o qeyd edib.
Nazir bildirib ki, Azərbaycan həmişə regional əməkdaşlığın təşəbbüskarı olub.
Xatırladaq ki, bu ilin mart ayında Rusiya qazının Ermənistana tədarükü "Şimali Qafqaz-Zaqafqaziya" qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçirilib.