PAYTAXT XƏBƏRLƏRİ

Bakıda partlayış - Ölən var

Şahidlərin bildirdiyinə görə, mağazada yerləşən kondisioneri təmir etməyə gələn usta oksigen balonunun partlaması nəticəsində həyatını itirib.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Bakıda partlayış baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Sakit Qocayev 97 ünvanında yerləşən elektrik malları mağazasında qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, mağazada yerləşən kondisioneri təmir etməyə gələn usta oksigen balonunun partlaması nəticəsində həyatını itirib. Partlayış nəticəsində ətrafda yerləşən mənzillərin pəncərələri qırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.