PAYTAXT XƏBƏRLƏRİ

Bakıda bu marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun "Dərnəgül" stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun "N.Nərimanov", "Nizami", "20 Yanvar" stansiyaları və "Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumatda deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun "Dərnəgül" stansiyasınadək hərəkət edəcək.