VİDEO

"Atam elə bir məqama çatıb ki, ora yüksəlmək hər insana qismət olmur"

Kürdəmirli 38 yaşlı baş gizir Nahid Mikayılov müharibənin ilk günlərindən fəal döyüşlərə qatılaraq, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Sputnik
Ömrünün 20 ilini ordu sıralarında vətənə xidmət edən 38 yaşlı baş gizir Nahid Mikayılov müharibənin ilk günlərindən fəal döyüşlərə qatılıb. Silahdaşları ilə birgə düşmənin xeyli sayda canlı qüvvəsini və texikasını məhv etməyi bacarsa da, növbəti döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Nahid Mikayılovdan indi geriyə qalan xidməti müddətində aldığı medallar, hərbi formaları və bizlərə əmanət olan 3 azyaşlı oğludur.