SƏHİYYƏ

Arıqlamaq üçün ən əlverişli pəhriz

Sputnik
BAKI, 19 noyabr — Sputnik. Böyük Britaniya və Yeni Zelandiya alimləri tərəfindən aparılan müqayisəli tədqiqatın nəticələri göstərib ki, ikinci tip diabet zamanı arıqlamaq və çəkinin azalması üçün pəhrizlərin səmərəliyinin ən mühüm amili kalorinin aşağı olmasıdır. Aşağı karbohidratlı, Aralıq dənizi, vegetarian və digər məşhur pəhriz növləri sadəcə kalori qəbulunun azaldılması ilə müqayisədə ciddi üstünlük göstərməyib. Bu barədə məqalə Diabetin Öyrənilməsi üzrə Avropa Assosiasiyasının “Diabetologia” jurnalında dərc olunub.
Tədqiqatçılar 2021-ci ilin may ayınadək MEDLINE (Ovid), PubMed, Web of Science və Kokranov kitabxanasından toplanmış məlumatlar əsasında əvvəlki 19 sistematik rəyi təhlil ediblər. İkinci tip diabetli xəstələrdə çəkini azaltmaq və remissiyaya nail olmaq üçün pəhrizlərin səmərəliliyinə diqqət yetirilmişdi.
Müəlliflər qeyd edirlər ki, genetik meyldən əlavə, ikinci tip diabetin başlanğıcı çox vaxt artıq çəki ilə əlaqələndirilir və bu xəstəliyin səbəbi bağırsaq hormonlarının və bağırsaq mikrobiotasının metabolitlərinin kompleks qarşılıqlı təsirinin pozulmasıdır ki, bu da zəif iltihabi proseslərin inkişafına səbəb olur.
Artıq çəkisi olan insanların qaraciyərində, mədəaltı vəzisində və əzələlərində yağlar yığılır. Bu, orqanların funksiyalarını pozur, adətən hipertoniya və qanda yağların artması ilə əlaqədar hiperqlikemiyaya (qanda şəkərinin normadan artıq yüksək olması) səbəb olur. Çəkinin azalması ikinci tip şəkər diabetinin müalicəsi və remissiyası üçün vacibdir. Kifayət qədər çəki itkisi qaraciyərdən və mədəaltı vəzidən anormal yağı yox edə bilər və diabeti zəiflədə bilər.
Analizin nəticələri göstərib ki, yüksək kalorili təbii məhsulların əvəzediciləri ilə çox aşağı kalorili pəhrizlər sayəsində daha çox çəki itirmək olar. Məsələn, 12 həftə ərzində gündə 830 kilokalori ilə məhdudlaşdırıldıqda, yağların nisbətən az olması və karbohidrat tərkibinin yüksək olması ilə pəhrizə riayət etməklə bir ildən sonra remissiya nisbətləri 46-61 faiz təşkil edib. Müqayisə üçün, aşağı karbohidratlı pəhrizlər 4-19 faizdən daha aşağı remissiya nisbətlərinə malikdir.
Adi məhsullar tamamilə aşağı kalorili məhsullarla əvəz edildikdə göstəricilər daha da yüksək olur. 8-12 həftə ərzində gündə 400-500 kilokalori enerji qəbul etməklə ilə müşahidə olunanların orta çəki itkisi 6,6 kiloqram təşkil edib. Gün ərzində 1000-1500 kilokalorili enerji qəbulunu məhdudlaşdırmağı tövsiyə edən aşağı kalorili pəhrizlər 12-52 həftə ərzində 2,4 kiloqram çəkini azaltmağa imkan verib. Müəlliflərin fikrincə, arıqlamaq üçün tövsiyə olunan digər pəhrizlər təxminən eyni aşağı effektivliyə malikdir: yağsız, aşağı karbohidratlı və ya Aralıq dənizi pəhrizləri.
“Aralıq dənizi pəhrizi, yüksək miqdarda doymamış mono yağ turşuları olan pəhriz, vegetarian pəhriz və aşağı glisemik indeksli pəhriz 0,3-2 kiloqram arıqlamağa kömək edə bilər. Bu pəhrizlərin heç biri ikinci tip diabet zamanı çəkiyə nəzarət etməkdə digərlərindən üstün deyil”, - deyə məqalə müəllifləri yazırlar.