HADİSƏ

Qaxda yaşayış evində partlayış olub, xəsarət alan var

İlkin ehtimala görə, partlayış qaz sızması səbəbindən baş verib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Qax rayonunda yaşayış evlərindən birində partlayış baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Qıpçaq kəndində qeydə alınıb. Partlayışın gücündən evin bir otağı yararsız vəziyyətə düşüb, ev əşyalarının əksəriyyəti yanıb, tavan əriyib.
Hadisə yerində
Hadisə zamanı evdə olan yaşlı qadın, Nina Məmmədova ağır yanıq xəsarətləri alıb. Qonşuların sözlərinə görə, Nina Məmmədova evdə oğlu ilə birgə yaşayıb. Hadisə baş verən anda isə o tək olub.
Hadisə yerində
Ağır yanıq xəsarətləri alan 84 yaşlı qadın Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumatlara görə, partlayışın baş verməsinə səbəb qaz sızması olub. Faktla bağlı araşdırma aparılır.