BAKI, 18 noyabr — Sputnik. İngilis fotoqraf Ken Jensen Çinin Yunnan əyalətində lentə aldığı "Oy!" fotoşəkli ilə müsabiqənin mütləq qalibi olub. Fotoşəkildə yöndəmsiz vəziyyətdə olan meymun əks olunub. Onun üzünün ifadəsi "beldən aşağı zərbə" ilə yaşana biləcək bütün ağrıları göstərir, ancaq əslində bu, aqressiya nümayişidir.
"Serianın quruda yaşayan sakinləri" kateqoriyasında qalib "Preriyanın ninza köpəyi" adlı kadr olub. Gəmiricinin həqiqətən də yırtıcı quşu qorxutmağı bacardığı və sonra yuvasında gizlənməsinə nail olduğunu bildirən fotoqraf Artur Trevino fotoşəklin müəllifidir.
"Havadakı canlılar" nominasiyasında ən yaxşı fotoşəkil üzündə yarpaq olan göyərçin olub. Con Spirs tərəfindən çəkilmiş "Yayın bitdiyini anladım" adlı fotoşəkil də tamaşaçıların rəğbəti mükafatına layiq görülüb.