BAKI, 18 noyabr — Sputnik. Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.
Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.