SƏHİYYƏ

Koronavirus pandemiyası nə vaxt səngiyəcək - Bill Geytsin ehtimalı

Sputnik
BAKI, 18 noyabr — Sputnik. "Microsoft"un qurucusu və xeyriyyə fondunun rəhbəri Bill Geyts hesab edir ki, koronavirusdan ölüm və ümumi yoluxma nisbəti gələn ilin ortalarına qədər mövsümi qripin orta göstəricilərinə çata bilər. O, bu barədə "Sinqapur Yeni İqtisadiyyat Forumu"nda bildirib.
Sahibkarın sözlərinə görə, ölüm səviyyəsi təbii immunitetin artması, peyvənd və yeni dərmanların yaranması fonunda kəskin şəkildə azalacaq. Onun fikrincə, virusun səngiməsində digər mühüm amil yeni ştamların olmamasıdır.
O, həmçinin ümid etdiyini bildirib ki, gələn il koronavirusa qarşı peyvəndlərin tədarükü ilə bağlı problemləri həll etmək mümkün olacaq.
Bill Geyts və onun keçmiş həyat yoldaşı Melinda inkişaf etməkdə olan ölkələrdə təhlükəli xəstəliklərlə mübarizə aparan, ABŞ-da səhiyyə və təhsil proqramı sahəsi ilə məşğul olan xeyriyyə fonduna rəhbərlik edirlər. Fond koronavirus infeksiyasına qarşı peyvəndlərin hazırlanması və pandemiya şəraitində ən həssas olan əhalinin yoxsul təbəqələrini dəstəkləmək üçün bir neçə yüz milyon dollar ayırıb.
Bu yaxınlarda Geyts bəşəriyyətin yeni pandemiyaya hazır olmadığını açıqlayıb.
Eləcə də oxuyun:
* Xüsusi risk qrupuna aid olan şəxslərə müraciət: "buster" dozanı vurdurun
* Ginsburq nazal peyvəndin xüsusiyyətlərini açıqladı
* "Sputnik V" ilə peyvənd olunan turistlərə şad xəbər: İsrail qapılarını açır
* Avstriyada koronavirus pritonu: Peyvənd olunanlara pulsuz görüş