HADİSƏ

DSX Akademiyasının tələbəsi intihar edib

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Noyabrın 17-də saat 21 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
Sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən bildirilib ki, DSX Akademiyasının kursantının intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.