İQTİSADİYYAT

Azərbaycandan Rusiyaya ixrac edilən 50 ton pomidor geri qaytarılıb

Yüklərin saxlanması üçün əsas zərərli obyektlərin aşkarlanmasını təsdiqləyən laboratoriya analizləri olub. Mallar ixrac edən ölkələrə qaytarılıb.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") bu ilin noyabr ayının əvvəlindən Azərbaycan və İrandan "Viaduk" müvəqqəti saxlanc anbarına və Dərbənd dəmiryol stansiyasına daxil olan 3 3481,4 ton meyvə-tərəvəzə baxış keçirib.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, karantin fitosanitar nəzarəti zamanı təhlükəli obyektlərlə yoluxan bitkiçilik məhsullarının 6 partiyasının Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.
"Rosselxoznadzor"un yaydığı məlumata görə, qadağan edilən məhsullar arasında Azərbaycandan pomidor (50,3 ton), həmçinin İrandan gələn gülkələmi (32,7 ton) və kahı (13,2 ton) olub. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 96,2 ton təşkil edib.
Yüklərin saxlanması üçün əsas zərərli obyektlərin aşkarlanmasını təsdiqləyən laboratoriya analizləri olub. Mallar ixrac edən ölkələrə qaytarılıb.