BAKI, 17 noyabr — Sputnik. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata.
Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
- bir yaşınadək uşaqlar üçün –20 manatdan 25 manata
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manatdan 120 manata
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün –40 manatdan 55 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılır.
Digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.