BAKI, 17 noyabr — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.
Sputnik Azərbaycan xəbər verir ki, söhbət zamanı tərəflər Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, Rudenko və Klaar sərhəddə silahlı qarşıdurma ilə bağlı narahatlıqlarını ifadə ediblər. Söhbət zamanı bütün problemlərin müstəsna olaraq siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar.
Azərbaycan-Ermənistan təmas xəttində gərginlik
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Həmçinin oxuyun: