BAKI, 17 noyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhadətə yüksələn 7 hərbiçidən biri də Natiq Əliyevdir.
Kəlbəcərdə şəhid olan MAXE-nin cənazəsi bu gün doğulduğu Gəncə şəhərinə gətirilib.
Şəhid Natiq Əliyevlə vida mərasimi
© Sputnik / Rahim Mammadov
Cavad Xan küçəsində, ailəsinin yaşadığı evdə keçirlin vida mərasimində şəhidin yaxınları, şəhər ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər iştirak edib.
Natiq Əliyev ailə olub. Onun 1 yaşında qız övladı yadigar qalıb. Şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Həmçinin oxuyun: