AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclisin iclası təxirə salınıb

Milli Məclisin 16, 17 və 18 noyabr tarixlərində iclaslarının keçirilməsi nəzərdə tutulmuşdu və gündəliyə 24 məsələ daxil idi.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Milli Məclisin sabaha planlaşdırılan iclası olmayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, növbəti iclasla bağlı deputatlara məlumat veriləcək.
Qeyd edək ki, Milli Məclisin 16, 17 və 18 noyabr tarixlərində iclaslarının keçirilməsi nəzərdə tutulmuşdu və gündəliyə 24 məsələ daxil idi.
16 və 17 noyabr tarixində keçirilən iclaslarda nəzərdə tutulan bütün məsələlərə baxılıb.