AZƏRBAYCAN XƏBƏRLƏRİ

"Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın"

Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: "Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm"
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir. Ona görə də bu vəsaitin artırılmasını təklif edir.