SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Araik Arutyunyan Paşinyana müavin gətirilir?

İndi isə o, bu yaxınlarda müdafiə naziri vəzifəsinə təyin olunan Suren Papikyanın yerinə təyin oluna bilər.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Ermənistan Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın müavini ola bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Johovurd" qəzeti "Vətəndaş müqaviləsi"ndən olan mənbələrə istinadən xəbər verir.
Nəşr yazır ki, Arutyunyan daha əvvəl təhsil, elm, mədəniyyət və idman naziri postunu tutub. İndi isə o, bu yaxınlarda müdafiə naziri vəzifəsinə təyin olunan Suren Papikyanın yerinə təyin oluna bilər. Nəşr yazır ki, qısa müzakirələrdən sonra Paşinyan Arutyunyanın namizədliyinin lehinə səs verib.
Qeyd edək ki, Suren Papikyan noyabrın 15-i Ermənistanın müdafiə naziri təyin olunub.