CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda qar fəsad törədib

Hazırda Şamaxı şəhərinə, dağlıq ərazilərə, eləcə də Pirqulu, Çuxuryurd və qonşu kəndlərə 20-25 sm qalınlığında qar yağdığı bildirilir.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Şamaxıda küləklə müşahidə edilən qar bir sıra fəsadlara səbəb olub. Sputnik Azərbaycan xəbər verir ki, dünən axşam saatlarından başlayan yağış sonradan qarla əvəzlənib. Küləklə müşahidə edilən qar səbəbindən Şamaxı şəhəri də daxili olmaqla bəzi kəndlərdə ağacların aşması səbəbindən elektrik naqilləri qırılıb, bəzi yerlərdə elektrik enerjisinin verilişi dayanıb.
Şamaxıda qarın fəsadları
Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinlik yaranıb. Daha acınacaqlı vəziyyət Şamaxı-Pirqulu yolunda qeydə alındığından burada avtomobillər hərəkətsiz qalıb. Əraziyə cəlb edilən yol istismar idarəsinin canlı qüvvəsi və texnikaları qarı təmizləyərək avtomobillərin hərəkətini bərpa edib.
Şamaxıda qarın fəsadları
Hazırda Şamaxı şəhərinə, dağlıq ərazilərə, eləcə də Pirqulu, Çuxuryurd və qonşu kəndlərə 20-25 sm qalınlığında qar yağdığı bildirilir.