BAKI, 16 noyabr — Sputnik. Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan Yolu 22 ünvanında jurnalistlər üçün inşa olunan 3-cü binanın damını külək atıb. Sputnik Azərbaycan-ın məlumatına görə, əlverişsiz hava binanın bir hissəsinin dam örtüyünü uçurub.
Ərazidə yaşayan sakinlər bildiriblər ki, hələ ki, külək binada başqa fəsadlar yaratmayıb.
Məlumat üçün qeyd edək ki, 3-cü binada hazırda yaşayış yoxdur.
Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.
Güclü külək Salyanda da fəsad törədib. Şəhərin Əli bəy Hüseynzadə küçəsində 5 mərtəbəli binanın dam örtüyünü külək uçurub. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər xəbər verir ki, dam örtüyünün bir hissəsi qoparaq binanın həyətinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.