VİDEO

Gələn il Azərbaycan manatını nə gözləyir?

Azərbaycanda real inflyasiya göstəriciləri niyə yüksəkdir? - ekspertin cavabı videomuzda.
Sputnik
Hazırda neftin qiyməti, ölkənin valyuta ehtiyatları, eləcə də makroiqtisadi göstəricilər devalvasiya ehtimalını istisna edir. Bunu ekspert-iqtisadçı Eldəniz Əmirov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Ekspert həmçinin qeyd edib: “Bu il bildiyimiz kimi, manatın məzənnə stabilliyinə nail olmaqla makro-iqtisadi tarazlığın bərpası təmin edilmişdir. İlin sonuna qədər bu proses davamlı olaraq həyata keçiriləcək. Növbəti ildə isə neftin mövcud qiymətləri və ölkənin valyuta ehtiyatları, eləcə də makroiqtisadi göstəricilər devalvasiyanın olmasını bir zərurətə çevirmir.
Onun olacağı təqdirdə Azərbaycan iqtisadiyyatına dəyəcək ziyan devalvasiyanın gətirə biləcəyi xırda mənfəətdən daha çox olacaq. Buna görə də növbəti ildə də devalvasiyanın baş verəcəyini düşünmürəm, ən azından ona görə ki, hökumətin devalvasiyanın mənfi fəsadlarının onun xırda mənfəətindən daha çox olacağının fərqinə vardığını zənn edirəm”.