FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Balaca miqrantlar: qaçqın uşaqlar Belarus-Polşa sərhədində necə sağ qalmağa çalışırlar

Ötən bazar ertəsi günündən bu yana miqrantlar ailələri ilə birlikdə Belarus-Polşa sərhədində yaşayırlar. Onların arasında uşaqların sayı da çoxdur. Asfaltın üstündə yatır, tonqalın ətrafında qızınmağa çalışır və Avropada firavan həyata qovuşacaqları günü gözləyirlər.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. "Bu gecə çox soyuq idi. Biz bir qərar verməliyik! Avropa İttifaqı minlərlə əsgər göndərərək ölkəmizi viran qoyub və indi bizi oraya buraxmırlar. Avropa İttifaqı bizə yalan deyir. Onda öldürün bizi! Öldürün! Amma uşaqları götürün! Onları xilas edin!" – deyə qaçqınlar üzlərini jurnalistlərin kameralarına tutub qışqırırlar.
1 / 16

Artıq doqquz gündür ki, Belarus-Polşa sərhədində miqrant uşaqlar kirimirlər.

2 / 16

Uşaqlar böyüklərin siyasi oyunlarının girovuna çevriliblər.

3 / 16

Bir həftədən çoxdur ki, onlar nəm torpağın üstündə yataraq sözün əsl mənasına həyatda qalmağa çalışırlar.

4 / 16

Polşa miqrantları öz ərazisinə buraxmaq fikrində deyil: nə böyükləri, nə də uşaqları.

5 / 16

Aİ Belarus-Polşa sərhədində baş verənləri "hibrid hücum" adlandırıb.

6 / 16

Bu balaca niyə evsiz qaldığının səbəbini başa düşmür.

7 / 16

Qışa az qalıb. Hələlik yalnız tonqalın istisi və humanitar yardımla qızınmaq mümkündür.

8 / 16

Uşaqlar tikanlı məftillərin arasından Avropada, bəlkə də, qovuşa biləcəkləri xoşbəxtliklərinə baxırlar.

9 / 16

Humanitar yardım ilk növbədə uşaqlı ailələrə verilir.

10 / 16

Uşaq bağçası yerinə nəm torpağın üstündə qurulmuş çadır.

11 / 16

Uşaq hər yerdə uşaqdır, əsas odur, valideynləri yanında olsun.

12 / 16

Böyüklərin isə get-gedə ümidi tükənir. Və sualları artır.

13 / 16

Qadınlar və uşaqlar üçün humanitar dəhliz açılacaqmı?

14 / 16

Daha yaxşı həyat uğrunda mübarizə nə vaxt və nə ilə nəticələnəcək?

15 / 16

Bu körpə daha neçə gün meşədə gecələməli olacaq?

16 / 16

Uşaqların ağlama və öskürək səsləri – indi Polşa sərhədində bu çox normaldır.