BAKI, 16 noyabr — Sputnik. Bakıda təmizlik işçisi faciəvi şəkildə ölüb. Sputnik Azərbaycan Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 ünvanında yerləşən 24 mərtəbəli binada baş verib.
Həmin binanın 19-cu mərtəbəsində şüşələri təmizləyən təmizlik.az şirkətinin əməkdaşı 27 yaşlı Səid Hüseynli ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.