HADİSƏ

Bakı peşə liseyində ölüm hadisəsi baş verib

Binəqədi rayonunda yerləşən 9 nömrəli Bakı Peşə Liseyinin işçisi dəm qazından zəhərlənərək ölüb.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Bakıda peşə liseyində ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan Oxu.Az-a istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən 9 nömrəli Bakı Peşə Liseyinin qazanxanasında liseyin mühafizəçisi, Bakı şəhər sakini, 55 yaşlı Rövşən Hacıyev dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.