BAKI, 16 noyabr — Sputnik. Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor 86 yaşında dünyasını dəyişib.
Məcnun Hacıbəyov bu gün dəfn olunub. Bu barədə Sputnik Azərbaycan-a mərhumun gəlini aktrisa Kəmalə Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, sənətkar bir neçə gün imiş koronavirusa yoluxub və Quba rayonundakı xəstəxanaya yerləşdirilib. Bu gün səhər saatlarında elə xəstəxanadaca dünyasını dəyişib. Buna görə də cənazəsi Quba regional COVID xəstəxanasından birbaşa dəfn yerinə gətirilib.
86 yaşında aktyor doğulduğu Qubanın İkinci Nügədi kənd qəbristanlığında torpağa tapşırılıb
Qeyd edək ki, M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında anadan olub. 10 illik orta məktəbi də bu kənddə bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.
Məcnun Hacıbəyov "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.
Allah rəhmət eləsin!