İQTİSADİYYAT

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjisindən 19 387,6 mln. kVt-saat istilik (+7,1%), 1 081,5 mln. kVt-saat su elektrik (+17,2%) stansiyalarının payına düşüb.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 21 245,7,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur. Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjisinin həcmi yanvar-oktyabr aylarında 20 592,4 mln. kVt-saat təşkil edib (+7,6%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjisindən 19 387,6 mln. kVt-saat istilik (+7,1%), 1 081,5 mln. kVt-saat su elektrik (+17,2%) stansiyalarının payına düşüb. İstehsal edilən elektrik enerjisinin qalan hissəsi isə külək və Günəş ilə işləyən elektrik stansiyaları ilə təmin edilib.