BAKI, 16 noyabr — Sputnik. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən rayonun Borsunlu kənd sakini Emin Qasımov saxlanılıb.
Sputnik Azərbaycan DİN-in məluumatına istinadən xəbər verir ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd etdiyinə görə E.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.