RUSİYA

Rusiya və Türkiyə "3+3" formatını müzakirə edib

İki ölkənin xarici işlər nazirlərinin görüşündə üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi də vurğulanıb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko türkiyəli həmkarı Sedat Önalla İstanbulda keçirdikləri məsləhətləşmələr çərçivəsində Cənubi Qafqazda reallaşdırılması təklif olunan "3+3" formatını da müzakirə ediblər. Bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
"Bakı ilə Yerevanın münasibtələrinin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 10 yanvar tarixlərində imzaladıqları üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd olunub. Yaxın gələcəkdə Cənubi Qafqazda "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran) regional məsləhətçi mexanizminin işə salınmasının aktuallığı da vurğulanıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı "3+3" platformasından gedir. Aradan bir ilə yaxın vaxt keçsə də, hələlik platformanın yaradılması ideyası ilə bağlı irəliləyiş əldə olunmayıb. Ermənistanda sözügedən formatla bağlı müzakirələr davam edir. Erməni tərəfinin mövqeyi tam aydın olmasa da, rəsmi Yerevan bu formata qarşı çıxmayıb.
Gürcüstan isə hələlik Moskva ilə birgə "3+3" platformasında iştiraka razılıq vermək istəmir.
Rusiyanın bu məsələdəki mövqeyi Gürcüstanla üst-üstə düşmür. Moskva lap əvvəldən Əliyev və Ərdoğanın platforma ilə bağlı ideyasını dəstəkləyir və onun faydalı olacağına inanır.
İran da Prezident Əliyevin təşəbbüsünü dəstəkləyir. Bu ölkənin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bəyan edib ki, onun ölkəsi yuxarıda adı çəkilən dövlətlərlə regionda stabilliyin yaranmasına, iqtisadiyyatın inkişafına, nəqliyyat yollarının bərpasına imkan verən istənilən işbirliyini dəstəkləməyə hazırdır.
“3+3” platforması
Qeyd edək ki, Bakı və Ankara Rusiya, Gürcüstan, İran və Ermənistanın da qatılacağı “3+3” platformasını yaratmaq niyyətindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistana regionda sülhün birgə bərpası təklifi ilə müraciət edib. Onun sözlərinə görə, əgər adıçəkilən bütün ölkələr məsələyə müsbət yanaşsa, belə bir əməkdaşlıq platforması yaradıla bilər.
Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı “3+3” (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasından gedir. Ancaq aradan bir ilə yaxın vaxt keçsə də, platformanın yaradılması ideyası ilə bağlı irəliləyiş əldə olunmayıb. Özü də maraqlıdır ki, Ermənistanın ucbatından deyil. Bu ölkədə sözügedən formatla bağlı müzakirələr davam edir. Erməni tərəfinin mövqeyi tam aydın olmasa da, onlar bu formata etiraz etməyiblər.
Bütün əngəl rəsmi Tbilisi ilə bağlıdır, Gürcüstan heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar.
Xüsusilə də, Gürcüstanın xarici işlər naziri David Zalkaliani açıq-aşkar ifadə edib ki, "hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür".
Həmçinin oxuyun:
Tehranda kritik görüş: Ankara "3+3" formatı ilə bağlı İrandan nə istədiyini açıqladı