DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Erməni deputat: Vətən əldən gedir, hərəkətə keçməliyik

Ermənistanın "Şərəfim var" müxalifət fraksiyasının üzvü Taqui Tovmasyan parlamentdəki müxalifət liderlərini mandatdan imtina etməyə çağırdı.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Ermənistanın "Şərəfim var" müxalifət fraksiyasının üzvü Taqui Tovmasyan parlamentdəki müxalifət qüvvələrinin liderlərini mandatdan imtina məsələsini müzakirə etməyə çağırıb. Sputnik Azərbaycan erməni mətbuatının istinadla xəbər verir ki, Tovmasyan bu barədə öz "Facebook" səhifəsində yazıb.
"Ölkənin dəhşətli vəziyyətdə olduğu bir vaxtda bizim, qanun yaradıcılarının effektli işləməsi qeyri-mümkündür. Təəssüflər olsun ki, ilkin mandata malik parlament ölkəsinin deputatları kifayət qədər səy göstərə və dövlətimizdə bu yolverilməz vəziyyətin qarşısını ala bilmirlər. Təklif edirəm ki, müxalifət liderləri tez bir zamanda, məsələn, mandatdan imtina imkanlarını müzakirə etsinlər. Əvvəlcədən də bəyan etsinlər ki, mandatı qəbul edənlərin hamısı vətən xaini hesab olunsun. Hörmətli həmkarlar, biz cəld hərəkətə keçməliyik, vətən əldən gedir", – deyə o öz müraciətində bildirib.
Tovmasyan onu da vurğulayıb ki, mandatdan imtina etmək mübarizənin yalnız bir variantıdır. Müzakirə prosesində başqa formatlar da ortaya çıxa bilər. Onun sözlərinə görə, hər bir halda, konsensus qərara ehtiyac var.