AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan XİN İrana başsağlığı verib

Ötən gün İranın Hörmüzqan əyalətində baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, ən azı 99 nəfər yaralanıb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"İranın cənubunda baş vermiş güclü zəlzələ xəbəri bizi çox kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət almış şəxslərin hamısına şəfa diləyirik".
Qeyd edək ki, ötən gün Hörmüzqan əyalətində baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, ən azı 99 nəfər yaralanıb.