Noyabrın 14-də Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, İdman Jurnalistləri Federasiyası və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında üzgüçülük turniri keçirilib.
Turnir iştirakçılarına xüsusi sertifikatlar, qaliblərə isə müvafiq diplomlar və Su İdmanı Sarayının xidmətlərindən ödənişsiz istifadə üçün abunə kartı təqdim olunub.