BAKI, 14 noyabr - Sputnik. İranın cənubunda 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Sputnik Azərbaycan bildirr ki, məlumatı Avrasiya Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 16:07-də 10 km dərinlikdə baş verib. Zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə yerləşir. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Hadisədən bir dəqiqə sonra daha bir yeraltı təkan barədə məlumat gəlib. 6.3 maqnitudalı zəlzələnin episentri Bəndər-Abbasdan 62 km şimal-qərbdə yerləşib.