BAKI, 14 noyabr — Sputnik. İngiltərənin Darem Universiteti tələbələrə seks sənayesində idarəetməni öyrətməyə başlayıb. Bu barədə "The Times" qəzeti məlumat verib.
İngiltərənin Ali və Davamlı Təhsil naziri Mişel Dounlan universiteti belə bir qərara görə tənqid edib. Onun fikrincə, universitet bu yolla "təhlükəli sahəni qanuniləşdirir" və tələbələri müdafiə etmir.
Universitetin rəhbəri isə bu fikirdədir ki, seks sənayesində iş üzrə ikisəviyyəli kurs əksinə, oxuyanları təhlükədən qoruyur, çünki onsuz da hazırda tələbələrin çoxu qeyri-rəsmi olaraq bu cür xidmətlər göstərir.
Nazir bu fikirlə razılaşmayaraq ali məktəbin bu minvalla "seks satışını normallaşdırmamalı" olduğunu qeyd edib. Eyni zamanda xanım Dounlan cinsi istismara məruz qalmış qadınların dəstəklənməsinin zəruriliyini vurğulayıb.
Eləcə də oxuyun: