HADİSƏ

Bakıda tikintidə uçqun olub, xəsarət alan var

Sputnik
BAKI, 14 noyabr - Sputnik. Bakının Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən bildirir ki, fərdi evin tikintisi zamanı pilləkənin uçub və fəhlə altında qalıb.
"112" qaynar telefon xəttinə daxil olan müvafiq məlumat əsasında qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış yerinə gediblər.
Bədəninin bir hissəsi uçqun nəticəsində beton konstruksiyanın altında qalan, tikintidə fəhlə işləyən 1987-ci il təvəllüdlü İsmiyev Emin Rövşən oğlu xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.