RUSİYA

Rusiyanın “Orion” dronlarında yenilik edilib

“Kronştadt” ASC-nin baş direktoru Sergey Boqatikov bildirib ki, Rusiyanın yeni “Orion” dronları radioelektron döyüş sistemi ilə təchiz ediləcək.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. “Kronştadt” ASC-nin mütəxəssisləri “Orion” pilotsuz təyyarələrinin radioelektron döyüş sistemi ilə təchiz edilməsi üzərində işləyirlər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ASC-nin baş direktoru Sergey Boqatikov noyabrın 14-dən 18-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Dubai Airshow 2021” beynəlxalq aviaşousu ərəfəsində bildirib.
Baş direktor hazırda bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb.
“Rosoboroneksport”un (Rostec dövlət korporasiyasının bir hissəsi) məlumatına görə, uzunmüddətli orta hündürlükdə uçan “Orion” pilotsuz kompleksi hazırda hava kəşfiyyatı təyyarəsi kimi ixraca təklif olunur. Eyni zamanda, kompleks Rusiya silahlı qüvvələrinə hücum tipli variantda verilir.