CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən ildən iki dəfə çox əlillik təyin edilib

Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.
Sputnik
BAKI, 13 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edib.
Sputnik Azərbaycan Report-a istanadla xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır. Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.
Bu ilin 10 ayında həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.