CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19 pasportu olmadığına görə 999 nəfər şənliyə buraxılmayıb

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər cərimə olunub, 1 faktla bağlı cinayət işi başlanılıb.
Sputnik
BAKI, 13 noyabr — Sputnik. Ötən gün Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 80 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 71 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 999 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.