FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Avstriyada koronavirus pritonu: Peyvənd olunanlara pulsuz görüş

Avstriyada əhalini COVID-19 virusuna qarşı peyvəndə cəlb etmək üçün maraqlı ideya düşünülüb.
Sputnik
Vyana bordeldə genişmiqyaslı COVID-19 peyvəndi kampaniyasına start verilib. Kampaniya çərçivəsində burada peyvənd olunanların hamısına bonus vəd edilir. Belə ki, kişilər peyvənd vurduracaqları təqdirdə, müəssisənin qızları ilə 30 dəqiqə pulsuz görüş təyin edə, yaxud da saunada dincəlmək üçün 40 avroluq qəbz əldə edə bilərlər.
Peyvənd məntəqəsi noyabr ayı boyunca bazar ertəsi günortadan sonra açıq olacaq. Pritonda qadın və uşaqlar da peyvənd vurdura bilərlər.
1 / 10

Vyanada pritonda Covid-19 peyvənd məntəqəsi açılıb.

2 / 10

Peyvənd olunanların hamısına bonus vəd olunur - müəssisənin qızı ilə 30 dəqiqə pulsuz görüş və ya saunaya baş çəkmək üçün 40 avroluq çek.

3 / 10

Peyvənd məntəqəsi noyabr ayı boyunca bazar ertəsi günortadan sonra açıq olacaq.

4 / 10

Qurumun sahibləri ölkəyə peyvəndlərin səviyyəsini artırmaqda kömək etməyə çalışırlar: onlar kişilərə və miqrantlara arxalanıblar.

5 / 10

Peyvənd məntəqəsində.

6 / 10

Avstriya statistikasına görə, onlar daha az peyvənd olunurlar.

7 / 10

Priton qadın və uşaqları da qəbul edir.

8 / 10

Qırmızı Xaç Cəmiyyətinin təcili yardım həkimi bordelin peşəkar standartlara cavab verdiyini təsdiqləyib.

9 / 10

Avstriyada noyabrın 8-dən peyvənd olunmamış vətəndaşlarla bağlı qaydalar sərtləşdirilib.

10 / 10

Onların restoranlara, otellərə, bərbərlərə və ictimai tədbirlərə girişi qadağan edilib.