HƏRBİ

Tabor komandirləri arasında yarış keçirilib

Komissiya tərəfindən aparılan qiymətləndirilmədə ən yüksək nəticələr əldə edən zabitlər "Ən yaxşı motoatıcı (dağatacı) tabor komandiri" adına layiq görülüblər
Sputnik
BAKI, 12 noyabr — Sputnik. 2021-ci ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışda motoatıcı və dağatıcı tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Sonra praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.
Komissiya tərəfindən aparılan qiymətləndirilmədə ən yüksək nəticələr əldə edən zabitlər "Ən yaxşı motoatıcı (dağatacı) tabor komandiri" adına layiq görülüblər.
Eləcə də oxuyun:
* Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib
* MN Ermənistan müdafiə nazirinin Azərbaycan ərazilərinə daxil olması barədə bəyanat yayıb
* Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimlərinə qatılıb